ADNSU dünya dayanıqlılıq reytinqində böyük uğura imza atıb

25 Sentyabr, 2026 - 11:45
ADNSU dünya dayanıqlılıq reytinqində böyük uğura imza atıb

Sentyabrın 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) təşkilatçılığı və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə “UI GreenMetric Dayanıqlı Universitetlərin Reytinqi: 2026-cı il üzrə nəticələr və mükafatlandırma mərasimi” keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, mərasimdə “UI GreenMetric World University Rankings” üzrə 2026-cı ilin nəticələri açıqlanıb. 

2026-cı il üzrə yeni nəticələrə əsasən, ADNSU Azərbaycan üzrə dayanıqlılıq inkişaf göstəricisinə görə 22 universitet arasında birinci sırada yer alıb.

ADNSU, həmçinin regionun ən fəal universiteti elan olunub.

Qeyd edək ki, ümumilikdə dünyanın 110 ölkəsindən 2016 universitet reytinqə daxil olub. Onlar içərisində ADNSU 366-cı pillədə qərarlaşıb.

Bununla yanaşı, ADNSU Dayanıqlı Universitetlər Reytinqi Şəbəkəsində ön sırada qərarlaşıb. Bu nəticə universitetin dayanıqlılıq istiqamətində həyata keçirdiyi fəaliyyətlərin beynəlxalq səviyyədə qiymətləndirildiyini göstərir.