ADNSU ilə Qazaxıstan universiteti əməkdaşlıq edəcək

17 Mart, 2026 - 14:14
ADNSU ilə Qazaxıstan universiteti əməkdaşlıq edəcək

Martın 16-da Qazaxıstanın Almatı Menecment Universitetinin prezidenti Asılbek Kojaxmetov və universitetin dekanı, beynəlxalq təhsil eksperti Kseniya Yujaninova Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olublar.

"Azərbaycan müəllimi" xəbər verir ki, qonaqlarla görüşən ADNSU-nun rektoru, dosent Rüfət Əzizov onlara universitet haqqında ətraflı məlumat verib. O, iki ali təhsil müəssisəsi arasında perspektiv əməkdaşlıq imkanlarının genişləndirilməsinin qarşılıqlı faydalı olacağını vurğulayıb.

Görüşdə tərəflər arasında əməkdaşlıq istiqamətləri, tələbə və müəllim mübadiləsi proqramları, eləcə də birgə elmi layihələrin hazırlanması kimi məsələlər müzakirə olunub.

Almatı Menecment Universitetinin prezidenti Asılbek Kojaxmetov rəhbərlik etdiyi ali təhsil müəssisəsi məlumat verərək bildirib ki, ADNSU ilə əməkdaşlıq onlar üçün də maraqlıdır və hər iki təhsil müəssisəsi üçün yeni imkanlar vəd edir. 

Səfər çərçivəsində qonaqlar ADNSU-nun bir sıra laboratoriyalarında, o cümlədən Rəqəmsal Energetika laboratoriyasında, Tarix və Mineralogiya muzeylərində olublar. Onlar kompüter otaqları və digər tədris məkanlarına baxış keçirərək universitetin maddi-texniki bazası ilə yaxından tanış olublar.