ADNSU məktəblilərlə görüşlərə start verib

3 Aprel, 2026 - 18:19
ADNSU məktəblilərlə görüşlərə start verib

Aprelin 3-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nümayəndələri tərəfindən Elm və Təhsil Nazirliyi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrində maarifləndirici görüşlərə start verilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, görüşlər çərçivəsində ilk tədbir Bakı şəhərində Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseydə təşkil olunub. Görüşdə məktəbin yuxarı sinif şagirdləri iştirak ediblər.

Universitetin tanıtımına həsr olunan görüş zamanı ADNSU haqqında tanıtım videosu nümayiş olunub. Daha sonra ADNSU-nun Təhsilalanlarla iş şöbəsinin müdiri Rəna Cəbrayılova, Kimya texnologiya fakültəsinin (KTF) dosenti Gülşən Dədəyeva, İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin baş mütəxəssisi Günel Tağıyeva və ADNSU SABAH Mərkəzi Neft-qaz geologiyası üzrə proqram rəhbəri Rəşad Abbasov universitetin tarixi, qəbul qaydaları, mövcud ixtisaslar, tədris prosesi, ikili diplom proqramları və SABAH qrupları barədə şagirdlərə ətraflı məlumat verib. Bununla yanaşı, universitetin qoşulduğu beynəlxalq proqramlar və fakültələr haqqında geniş təqdimat nümayiş olunub.

Görüş interaktiv mühitdə davam edib, şagirdləri maraqlandıran suallar cavablandırılıb. Sonda aktiv iştirak edən şagirdlərə xatirə hədiyyələri təqdim olunub.