ADNSU “QS Stars”da 5 ulduzla qiymətləndirilib

23 May, 2025 - 17:05
ADNSU “QS Stars”da 5 ulduzla qiymətləndirilib
ADNSU “QS Stars”da 5 ulduzla qiymətləndirilib
ADNSU “QS Stars”da 5 ulduzla qiymətləndirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) dünyanın nüfuzlu reytinq agentliklərindən biri olan “Quacquarelli Symonds” (QS) tərəfindən keçirilən “QS Stars” auditində mükəmməlliyə görə mümkün olan ən yüksək göstərici – 5 ulduzla qiymətləndirilib.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, audit ümumilikdə 9 fərqli kateqoriya üzrə aparılıb və ADNSU bu kateqoriyalardan 7 istiqamət – tədris, akademik inkişaf, təchizat, beynəlxalq əlaqələr, məşğulluq, ətraf mühitə təsir və idarəetmə sahələri üzrə maksimal nəticə göstərərək 5 ulduz alıb.

Universitet innovasiya və bilik mübadiləsi kateqoriyalarında 4 ulduz, mühəndislik (kimya) sahəsində isə 3 ulduzla qiymətləndirilib.

Bu nəticələr ADNSU-nun qeyd olunan sahələr üzrə fəaliyyətini müasir tələblərə və beynəlxalq standartlara uyğun şəkildə həyata keçirdiyini təsdiqləyir.