ADNSU tələbələri istehsalat prosesini real mühitdə öyrəniblər

14 Oktyabr, 2026 - 15:41
ADNSU tələbələri istehsalat prosesini real mühitdə öyrəniblər

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Sənaye mühəndisliyi ixtisası üzrə təhsil alan son kurs tələbələrinin “SOCAR Polymer” şirkətinə texniki səfəri təşkil olunub.

"Azərbaycan müəllimi" xəbər verir ki, ADNSU-nun Məzunlarla iş və karyera mərkəzinin təşkilatçılığı ilə baş tutan səfər çərçivəsində tələbələr Yüksək Sıxlıqlı Polietilen Zavodu və Etilen-Polietilen Zavodunun fəaliyyəti ilə yaxından tanış olublar. Onlar müəssisənin istehsalat sahələrini gəzərək idarəetmə otağı, laboratoriya və qablaşdırma bölmələrində həyata keçirilən prosesləri müşahidə ediblər.

SOCAR Polymer şirkətinin əməkdaşları tərəfindən tələbələrə polimer istehsalının əsas mərhələləri, istehsal qurğularının funksiyaları, istifadə olunan texnoloji avadanlıqlar, eləcə də istehsal proseslərinə nəzarəti təmin edən ölçü və analiz cihazları haqqında ətraflı məlumat verilib. Eyni zamanda, müəssisədə tətbiq olunan texnoloji əməliyyatlar və istehsal proseslərinin təşkili barədə məlumatlar tələbələrin diqqətinə çatdırılıb.

Səfərin əsas məqsədi sənaye mühəndisliyi ixtisası üzrə təhsil alan tələbələrin sənaye müəssisələrinin fəaliyyəti ilə praktiki şəkildə tanış olmalarını təmin etmək, istehsal prosesləri haqqında biliklərini genişləndirmək və universitetdə əldə etdikləri nəzəri bilikləri real istehsalat mühiti ilə əlaqələndirmələrinə şərait yaratmaq olub.

Bu cür texniki səfərlər tələbələrin peşəkar dünyagörüşünün formalaşmasına, müasir sənaye texnologiyalarını daha yaxından öyrənmələrinə və gələcək karyeralarına hazırlıq prosesinə mühüm töhfə verir.