ADNSU tələbəsi reytinq turnirində karate üzrə çempion olub

26 May, 2025 - 17:16
ADNSU tələbəsi reytinq turnirində karate üzrə çempion olub
ADNSU tələbəsi reytinq turnirində karate üzrə çempion olub
ADNSU tələbəsi reytinq turnirində karate üzrə çempion olub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İqtisadiyyat və menecment fakültəsinin II kurs tələbəsi Nicat Kərimli Vətən müharibəsi şəhidləri – Cəsarət Səfərov və Şahmar Səfərovun əziz xatirəsinə həsr olunmuş karate üzrə reytinq turnirində kişilər arasında - 75 kg çəki dərəcəsində 1-ci yerə layiq görülüb.

Bu barədə universitetdən “Azərbaycan müəllimi”nə məlumat verilib. Bildirilib ki, 20-21 may tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə yeniyetmələr, gənclər, U21, böyüklər və parakarateçilər arasında reytinq xarakterli karate turniri keçirilib. 

Qeyd edilib ki, N.Kərimli 5 qat Respublika çempionu, Şotokan növü üzrə 3 qat Dünya, 3 qat Avropa çempionu və tələbələr arasında avropa oyunlarının ikincisidir.