ADPU-da magistrlərin elmi konfransı keçirilir

7 Aprel, 2026 - 13:18
ADPU-da magistrlərin elmi konfransı keçirilir

Azərbaycan Dövlət Pedaqoji Universitetində "Təhsildə menecment və yeni təlim texnologiyaları" mövzusunda magistrlərin IX Respublika Elmi Konfransı öz işinə başlayıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, 2 gün davam edəcək tədbir 10 müxtəlif bölmədə 2 əsas istiqamət üzrə işləyəcək. Konfrans Azərbaycan Dövlət Pedaqoji Universitetinin 105 illiyinə həsr olunub.

ADPU rektoru Cəfər Cəfərov açılış nitqi ilə çıxış edərək konfansın işinə uğurlar arzulayıb.

Universitetin elm və innovasiyalar üzrə prorektoru Asəf Zamanov konfransın işi ilə bağlı məlumat verib. O bildirib ki, konfransda "Təhsildə strateji idarəetmə", "İnnovasiyalar və təhsilin keyfiyyəti", "Təhsildə sosial-psixoloji xidmət", "Tədrisin müasir problemləri" mövzuları müzakirə olunacaq.

O, gənclərin elmə gəlməsi üçün universitetdə görülən motivasiya edici işlərdən də danışıb. Konfransın işi ilə baglı müəllim və magistrlərə tövsiyələrini verib, konfransın ADPU-nun 105 illiyinə təsadüf etməsini xüsusi qeyd edib.

Hoteburq universitetinin dosenti, İsveç–Azərbaycan Aydınlar Cəmiyyətinin sədri Səadət Kərimi özünün elm yolundakı fəaliyyətindən danışaraq gənclərə tövsiyələr verib, onlara öz dəstəyini verməyə hazır olduğunu söyləyib.
Konfrans işini davam etdirir.