ADPU-da “STEAM Hesabat sərgisi” keçirilib
Mayın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fizika fakültəsinin STEAM Mərkəzinin təşkilatçılığı ilə “STEAM Hesabat sərgisi” keçirilib.
Bu barədə “Azərbaycan müəllimi”nə ADPU-dan məlumat verilib.
Sərgidə tələbələrin hazırladıqları müxtəlif layihələr, əl işləri, cihaz və qurğular nümayiş etdirilib. Rektor professor Cəfər Cəfərov, universitet rəhbərliyi, fakültə dekanları və professor-müəllim heyəti sərgiyə baxış keçiriblər.



