ADPU-da Təhsil ixtisasları üzrə işçi qrupun iclası keçirilib

7 Mart, 2025 - 16:21

Martın 7-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Elm və Təhsil Nazirliyində ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələri üzrə yeni təhsil proqramlarının hazırlanması məqsədilə yaradılan Komissiyanın tərkibində formalaşdırılmış Təhsil ixtisasları üzrə işçi qrupunun iclası keçirilib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, işçi qrupun üzvləri, ali təhsil müəssisələrinin təmsilçiləri, KİV və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Görüşdə açılış nitqi ilə çıxış edən işçi qrupun həmsədri, ADPU-nun rektoru professor Cəfər Cəfərov komissiyanın elm və təhsil nazirinin müavini İdris İsayevin rəhbərliyi ilə yaradıldığını və onun müxtəlif işçi qruplardan ibarət olduğunu bildirib: 

“Bu qruplardan biri təhsil ixtisasları üzrə formalaşıb. İlkin işçi qrup 21 ali təhsil müəssisəsinin rəhbərliyi və professor-müəllim heyətindən və əmək bazarını təmsil edən 38 nümayəndədən ibarətdir”.

Daha sonra iclasın gündəliyi təsdiqlənib.

Çıxış edən işçi qrupun həmsədri Şəmil Sadıqov mövcud təhsil proqramlarının əmək bazarının tələbləri ilə uzlaşma səviyyəsi və yeni proqramların prioritetləri barədə danışıb.

ADPU-nun tədris işləri üzrə prorektoru, işçi qrupun üzvü, dosent Eldar Aslanov iştirakçıları qrupun heyəti ilə tanış edib. 

Qeyd edilib ki, ali təhsil müsəssisələrinin təklif və təqdimatlarını formalaşdıra bilmələri üçün müəssisə daxilində alt işçi qruplar yaratmaları mümkündür. 
İclasda Təhsil ixtisasları üzrə işçi qrupun tam tərkibinin müəyyənləşdirilməsi, iş planının və reqlamentinin təsdiqi barədə təkliflər səsə qoyularaq qəbul edilib.
Daha sonra magistratura səviyyəsində pedaqogika ixtisası üzrə ixtisaslaşmaların ilkin layihəsi müzakirə edilib. Müzakirələrdə ali təhsil müəssisələrindən ADA Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Sumqayıt Dövlət Universiteti və digər ali məktəblərin nümayəndələri də mövzu ətrafında çıxış edib, təkliflərini səsləndiriblər.

Görüş işçi qrupun üzvlərinin qarşılıqlı fikir mübadiləsi ilə davam edib.