ADPU-da yeniliklər və strateji hədəflər açıqlanıb

21 Noyabr, 2025 - 18:16

Noyabrın 21-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Elmi Şuranın növbəti iclası keçirilib.
ADPU-nun rektoru professor Cəfər Cəfərov açılış nitqi ilə çıxış edərək ötən müddət ərzində universitetdə görülən əsas işlər barədə geniş məlumat verib. C.Cəfərov tədris və elmi fəaliyyət sahəsində aparılan yeniliklər, eləcə də beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində həyata keçirilən addımlar barədə söz açıb. Rektor həm professor-müəllim heyətinin, həm də tələbələrin respublika və dünya səviyyəsində qazandıqları uğurları xüsusi vurğulayaraq, bu nailiyyətlərin ADPU-nun elmi və tədris mühitində nüfuzunu artırdığını bildirib. Növbəti günlərdə universitetin tərəfdaşlığı və ev sahibliyi ilə həyata keçiriləcək konfrans və tədbirlərə hazırlıq prosesi barədə məlumat verilib. Sonra rektor ötən dövrdə elmi ad və dərəcələr almış əməkdaşlarlara müvafiq diplomları təqdim edib.Biologiya üzrə fəlsəfə doktoru Şəbnəm Əsədova və Kimya üzrə fəlsəfə doktoru Ülviyyə Abasquliyevaya dosent diplomu təqdim edilib.

Tədris işləri üzrə prorektor dosent Eldar Aslanov 2025-ci ildə universitetdə tələbə, məzun, professor-müəllim və inzibati heyət arasında həyata keçirilmiş sorğularının nəticələrinə dair geniş təqdimatla çıxış edib. Qeyd olunub ki, cari ildə sorğularda iştirak göstəricilərində əvvəlki illə müqayisədə ciddi artım müşahidə olunub. Tədrisin keyfiyyəti ilə bağlı tələbələr arasında keçirilən məmnuniyyət sorğusunda iştirak edən 5137 tələbədən 81%-i müəllimlərin fənni tədris etmə bacarığından tamamilə razıdır. Respondentlərin 73%-i tədris proqramlarının təhsil sahəsində zəruri olan xüsusi bilik və bacarıqlarla tam uyğunlaşdığını, 70.2 %-i müəllimlər fənni daha yaxşı mənimsətmək üçün doğru və effektiv metodlardan istifadə etdiyini düşünür. Tələbələrin böyük əksəriyyəti kitabxana və yeməkxananın fəaliyyətindən, İKT və auditoriyalar üzrə infrastutukturdan razıdır. Təqdimatda həmçinin respondentlərin açıq suallara verdiyi 9000-dən çox rəyin analizi təqdim olunub. Təhlil göstərib ki, tələbə və məzunlar daha çox tədrisin praktiki yönümlülüyünün artırılmasını, karyera və təcrübə imkanlarının genişləndirilməsini, infrastrukturun modernləşdirilməsini və tədris proqramlarının yenilənməsini vacib hesab edirlər.

İclasın davamında elm və innovasiyalar üzrə prorektor professor Asəf Zamanov, Tədris departamentinin direktoru dosent Sənan Əliyev, Keyfiyyətin təminatı şöbəsinin müdiri dosent Qalib Şərifov, rektorun müşaviri Ümid Mehdiyev və Elmi katib r.ü.f.d. Nərminə Abdullayeva cari məsələlərlə bağlı təklifləri təqdim ediblər. Dissertasiya mövzularının təsdiqi, doktorantların status dəyişiklikləri, Elmi-metodiki Şuranın yeni tərkibinin müəyyənləşdirilməsi, 2026/2027-ci tədris ili üçün tələbə qəbulu proqnoz planının təsdiqi, dərs vəsaitlərinin nəşrinə icazə verilməsi, monitorinq sənədlərinin təsdiqi və digər məsələlər müzakirəyə çıxarılıb.
Sonda təklif edilən məsələlər səsə qoyularaq qəbul edilib.