ADPU əməkdaşları SDU-da təcrübə mübadiləsində

22 Aprel, 2025 - 11:15
ADPU əməkdaşları SDU-da təcrübə mübadiləsində

7-11 aprel 2025-ci il tarixlərində ADPU-nun Quba filialının bir qrup əməkdaşı SDU-nun Filologiya fakültəsində “Məktəbəqədər təhsil” ixtisası üzrə təcrübə mübadiləsində iştirak edib. 

Bu barədə universitetdən “Azərbaycan müəllimi”nə məlumat verilib. Bildirilib ki, proqram universitetlərarası əməkdaşlığın inkişafına yönəlib.

Təcrübə çərçivəsində dərs prosesini müşahidə edən iştirakçılar elmi-pedaqoji müzakirələr aparıb, Sumqayıtdakı uşaq bağçalarında tələbələrin məşğələlərində iştirak ediblər.

Aprelin 11-də keçirilən yekun görüşdə təəssüratlarını bölüşən iştirakçılar rəhbərliyə yaradılan şəraitə görə təşəkkür ediblər.