ADPU ilə Fatih Sultan Mehmet Vakıf Universiteti arasında Anlaşma Memorandumu imzalanıb

31 Mart, 2026 - 17:27
ADPU ilə Fatih Sultan Mehmet Vakıf Universiteti arasında Anlaşma Memorandumu imzalanıb

Türkiyənin Fatih Sultan Mehmet Vakıf Universiteti ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti arasında qarşılıqlı əməkdaşlıq çərçivəsində Anlaşma Memorandumu imzalanıb.

Bu barədə "Azərbaycan müəllimi"nə ADPU-dan məlumat verilib.

Bildirilib ki, Fatih Sultan Mehmet Vakıf Universiteti 2010-cu ildə qurulmuş bir vəqf universitetidir və təhsil sahəsində geniş fəaliyyət dairəsinə malikdir. Universitetin 7 fakültəsi, iki institutu (Magistratura Təhsil İnstitutu və Prof. Dr. Fuat Sezgin İslam Elm Tarixi İnstitutu), bir peşə məktəbi və iki xarici dil üzrə hazırlıq bölməsi (ərəb dili hazırlıq proqramı, ingilis dili hazırlıq proqramı) mövcuddur.

Əməkdaşlıq akademik təcrübə mübadiləsi və mədəniyyətlərarası əlaqələrin gücləndirilməsi məqsədi daşıyır.