ADPU tələbələrinə 14 adlı təqaüd veriləcək – SİYAHI
ADPU tələbələri dövlət tərəfindən təyin edilən və semestr imtahanlarının nəticələrinə əsasən müəyyənləşən (adi, həvəsləndirici, əlaçı) təqaüdlə yanaşı yüksək nəticələr göstərərək universitetin adlı təqaüdlərini də almaq şansı əldə edirlər.
ADPU-dan "Azərbaycan müəllimi"nə verilən məlumata görə, semestr imtahanlarının nəticələrinə əsasən universitet və ya təhsil aldığı fakültə və ya ixtisas üzrə ən yüksək ÜOMG-yə malik olan tələbə müvafiq adlı təqaüdü almaq şansı qazanır. Təqaüdlərin fakültələr üzrə bölgüsü və meyarları ilə poserdən tanış ola bilərsiniz.
Təqaüdlər tələbəyə 1 semestr ərzində verilir.
Həmçinin universitetə ən yüksək balla qəbul olunan 1 tələbəyə 1 il müddətində aylıq miqdarı 125 AZN olan Firudin bəy Köçərli adına təqaüd verilir. Bu təqaüdü alan tələbədən sonrakı 600 və daha yüksək balla ADPU-ya qəbul olunan 10 nəfər tələbəyə isə 1 semestr ərzində aylıq 200 AZN dəyərində "UĞUR" xüsusi təqaüdü verilir




