ADPU tələbləri üçün "Baharın rəngli sehrləri" adlı master-klas keçirilib
Martın 17-də Azərbaycan Dövlət Pedaqoji Universiteti Təhsil Könüllüləri Tələbə Birliyinin (ADPU TKTB) təşkilatçılığı ilə "Baharın rəngli sehrləri" adlı master-klas keçirilib.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, tələbələrin yaradıcılıq potensialını inkişaf etdirmək və Novruz bayramının zəngin adət-ənənələrini rəngarəng formada əks etdirmək məqsədi daşıyan layihə çərçivəsində tələbələr Novruz bayramının simvollarını əks etdirən müxtəlif əl işləri hazırlayıblar. Həmçinin, milli adət-ənənələri əks etdirən müxtəlif oyun və viktorinalar həyata keçirilib, iştirakçılara kiçik hədiyyələr təqdim edilib.


