ADU-da məlumat sessiyası keçirilib
Azərbaycan Dillər Universitetində (ADU) Avropa Kollecinin Natolin kampusunun əməkdaşı Nərgiz Abdullayeva tərəfindən tələbələr üçün məlumat sessiyası keçirilib.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, sessiyada Regionşünaslıq və Beynəlxalq Münasibətlər, Filologiya, Tərcümə və s. fakültələrinin tələbələri iştirak ediblər.
Tələbələrə Avropa Kollecinin magistr proqramları, akademik proqramın strukturu və əhatə etdiyi kurslar, Avropa Kollecində tələbə həyatı, ərizə qəbulu prosesi və seçim meyarları barədə etraflı məlumat verilib.
Həmçinin onlara Azərbaycandan olan namizədlər üçün mövcud olan müxtəlif növ təqaüdlər, xüsusilə də Avropa Kollecinin Natolin kampusunda təhsil almaq üçün Şərq Tərəfdaşlığı ölkələrdən tələbələrə açıq olan “EU4Youth” tam təqaüdü barədə də məlumat verilib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.


