ADU TGT üzvləri Gürcüstan–Azərbaycan gənclərinin yay düşərgəsində olublar
3–8 avqust tarixlərində Gürcüstanın Anaklia şəhərində Gürcüstan–Azərbaycan gənclərinin yay düşərgəsi keçirilib.
ADU-dan “Azərbaycan müəllimi”nə bildirilib ki, baş tutan düşərgədə ADU Tələbə Gənclər Təşkilatının fəal üzvləri Ofeliya Sultanlı, Şəkər Qardaşxanova, Aysu Abbaszadə, Almaz İbrahimova iştirak ediblər.
Bu beynəlxalq layihənin məqsədi iki ölkənin gəncləri arasında mədəni və ictimai əlaqələri gücləndirmək, dostluq münasibətlərini möhkəmləndirmək və ortaq təşəbbüsləri dəstəkləmək olub.
İştirakçılar düşərgə müddətində komanda quruculuğu sessiyalarında, müxtəlif mövzularda təlimlərdə və idman yarışlarında fəal iştirak ediblər.



