Agentlik: Sağlamlıq imkanları məhdud 400-dən çox uşaq inklüziv təhsil alır

1 İyun, 2026 - 10:16
Agentlik: Sağlamlıq imkanları məhdud 400-dən çox uşaq inklüziv təhsil alır

2026-ci ildə artıq ölkəmizdə 91 ümumi təhsil müəssisəsində inklüziv təhsil həyata keçirilir.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, 400-dən çox sağlamlıq imkanları məhdud uşaq sözügedən müəssisələr üzrə inklüziv təhsilə cəlb olunub.