Ağırlıqqaldırma üzrə qızların yarışında qaliblər AÇIQLANDI
Məktəblilərin Respublika İdman Olimpiadasında ağırlıqqaldırma yarışlarına start verilib.
"Azərbaycan müəllimi" xəbər verir ki, Şüvəlan Ağırlıqqaldırma Akademiyasında keçirilən yarışda ilk olaraq qızlar mübarizəyə qoşulublar.
Zəriflərin yarışında qızıl medala Qazax idmançısı Hənifə Məhərrəmli layiq görülüb. Məhərrəmli toplamda 160 kq (73 kq + 87 kq) nəticə ilə birinci olub. Gəncə təmsilçisi Zeynəb Həsənova 134 kq (63 kq + 71 kq) göstərici ilə fəxri kürsünün ikinci pilləsinə qalxıb. Ən güclü üçlüyü paytaxt idmançısı Zeynəb Bəkirli tamamlayıb. O iki hərəkətin cəmində 116 kq (53 kq + 63 kq) ağırlığı ram edib.
Qeyd edək ki, ağırlıqqaldırma yarışlarında 100-dən artıq atlet 3 gün ərzində qalib və mükafatçıların adlarına aydınlıq gətirəcəklər.




