Ali məktəblərə tələbə qəbulu 40 faizdən çox artıb

11 Sentyabr, 2025 - 11:30
11 Sentyabr, 2025 - 11:30
 0  23
Ali məktəblərə tələbə qəbulu 40 faizdən çox artıb
Ali məktəblərə tələbə qəbulu 40 faizdən çox artıb

2026-cı il üzrə nəzərdə tutulmuş ali təhsil müəssisələrinə 75 min tələbə qəbulu hədəfinə nail olunub.

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə məlumat verib.

Son 10 ildə ali təhsil müəssisələrinə tələbə qəbulu 40%-dən çox artıb. Dövlət sifarişli əsaslarla təhsil alan tələbələrin sayı isə 2 dəfədən çox olub.

Təhsil Tələbə Krediti Fondu üzrə bu günə qədər 63 min kredit müqaviləsi rəsmiləşdirilib.