Arzularını suda rəngə çevirir: Qəzənfərin ilk sərgisi keçirildi

30 İyun, 2026 - 09:25
Arzularını suda rəngə çevirir: Qəzənfərin ilk sərgisi keçirildi

Qəzənfər Ağayev sağlamlıq imkanları məhdudluğunun yaradıcılığa mane ola bilməyəcəyini sübut edən əsl əzm nümunəsidir. O, xüsusi qayğıya ehtiyac duymasına baxmayaraq, rənglərin dili ilə su üzərində unikal rəsmlər çəkir və digər nailiyyətləri ilə cəmiyyətə uğurla inteqrasiya edir.

Siyəzən rayonu Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə mərkəzin "Bacarıqlı əllər"dərnəyinin xüsusi qayğıya ehtiyacı olan gənc istedadı Qəzənfər Ağayevin "Qəzənfərin yaradıcı dünyası" adlı ilk fərdi sərgisi həyata keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, "Qəzənfərin yaradıcı dünyası” adlı fərdi sərgi və mahnı təqdimatının keçirilməsində əsas məqsəd xüsusi qayğıya ehtiyacı olan istedadlı bir gəncin cəmiyyətə inteqrasiyasını təmin etmək və onun daxili dünyasını sənət vasitəsilə hər kəsə tanıtmaqdan ibarət olub.

Sərgidə Qəzənfər Ağayevin bir-birindən maraqlı əl işləri və ebru sənət nümunələri ilə yanaşı, müxtəlif istiqamətli yarışlarda göstərdiyi fəallığa görə əldə etdiyi medal və diplomları da nümayiş edilib. Tədbirin ən duyğusal anlarından biri isə Qəzənfərin “Xudayar təsnifi”ni ("Vətən yaxşıdır" ) ifa etməsi olub.

Tədbirin sonunda gənc istedadlı fəxri fərmanla mükafatlandırılıb.

Övladının ilk yaradıcılıq sərgisindən təsirlənən və qürur hissi duyan Siyəzən şəhər 6 nömrəli məktəb-liseyin biologiya müəllimi Siyarə Ağayeva sevincini "Azərbaycan müəllimi" ilə paylaşıb.

"Qəzənfər hisslərini su üzərində rahatlıqla əks etdirir və ortaya əsrarəngiz rəsm nümunəsi çıxır"

Siyarə müəllim bildirir ki, Qəzənfər Ağayev bu il Siyəzən şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın IX sinfini bitirərək məzun olub. Bu münasibətlə Siyəzən rayonu Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Şəms Hüseynovanın, eləcə də Qəzənfərin bu il bitirdiyi "Bacarıqlı əllər" dərnəyinin rəhbəri Aysel Rzayevanın təşəbbüsü ilə "Qəzənfərin yaradıcı dünyası" adlı fərdi sərgi həyata keçirilib:

"Sərgidə Qəzənfər çox həyəcanlı idi və böyük sevinc hissi keçirirdi. Çox qürurlu idi ki, bu qədər insan onun sərgisində toplaşıb. O, bütün iştirakçılarla tək-tək görüşdü. Biz Qəzənfərin 2 yaşından müxtəlif təlimlərdə iştirak edirdik. O, bir çox yarışmalarda, tədbirlərdə uğurla iştirak edib, diplom, fəxri fərman və medalara layiq görülüb: velosiped yarışında respublika ikincisi olub, stolüstü tennis üzrə 3-cü yerə çıxıb, Yaponiyanın Azərbaycandakı Səfirliyi tərəfindən təşkil edilən "Yaponiya Mədəniyyət və Budo Festivalı"nda və s. müsabiqələrdə diplomlara layiq görülüb. Qəzənfərin bu uğurlarında onun həyat məşqçisi (yaşam koçu) Ayxan Məmmədlinin böyük əməyi var. Siyəzən rayonu UGİM-in "Bacarıqlı əllər" dərnəyinin rəhbəri Aysel Rzayeva Qəzənfərə ebru - su üzərində rəsm çəkmə sənətini sevdirib. Qəzənfər keçirdiyi hissləri su üzərində rahatlıqla əks etdirir və ortaya bir kağız üzərinə əks olunmuş əsrarəngiz rəsm nümunəsi çıxır. Bu həm də mənəvi sənətdir. İnsanın ruhunu oxşayan, düşüncələrini gözəlləşdirən ebru ən gözəl terapiya növü və heç vaxt təkrarlana bilinməyəcək bir sənətdir və oğlum rəsmlərini işlədikcə prosesdən zövq alır. Qəzənfərin musiqiyə də həvəsi var, musiqi duyumu çox yaxşıdır. 2020-ci ildə Vətən müharibəsi zamanı "Xudayar təsnifi" səslənirdi, Qəzənfər də mahnını əzbərləyib tez-tez oxuyurdu. Müəlliminin dəstəyi ilə biz onu səsyazma studiyasına apardıq və Qəzənfər bu mahnını ifa etdi".

Siyarə müəllim övladının ilk sərgisinin baş tutmasında dəstək göstərən hər kəsə təşəkkür edərək deyir:

"Qəzənfərin valideyni olaraq hesab edirəm ki, bu cür tədbirlərin keçirilməsi istedadın sərhəd tanımadığını, fiziki və ya digər məhdudiyyətlərin yaradıcılığa heç bir maneə törətmədiyini gözlər önünə sərməklə yanaşı sübut edir ki, düzgün dəstək, sevgi və inam insanın özünü ifadə  etməsində, bacarıqlarının aşkar olunmasında böyük rol oynayır".