Bu məktəb lisey oldu - Qəbul qaydası dəyişdi
Sumqayıt şəhər 23 nömrəli tam orta ümumtəhsil məktəbinin tipi dəyişdirilərək 23 nömrəli texniki fənlər təmayüllü lisey statusu verilib.
Abşeron–Xızı Regional Təhsil İdarəsindən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, bununla əlaqədar liseyə I sinfə qəbul və şagird yerdəyişməsi dayandırılıb:
"Liseyə şagird qəbulu yalnız VII sinifdən etibarən mərkəzləşdirilmiş imtahanın nəticələrinə əsasən həyata keçiriləcək. Valideynlərdən və şagirdlərdən qəbul prosesi ilə bağlı bu dəyişiklikləri nəzərə almaları xahiş olunur".



