Şabran məktəblisi “Bebras”ın respublika birincisi oldu

29 Aprel, 2026 - 14:54
Şabran məktəblisi “Bebras”ın respublika birincisi oldu

Azərbaycan Respublikasının Təhsil İnstitutunun təşkilatçılığı ilə keçirilən “Bebras” Beynəlxalq İnformatika və Hesablama Düşüncəsi müsabiqəsinin final mərhələsində Şabran şəhəri Roman Yusifov adına 2 nömrəli tam orta məktəb-liseyin VII sinif şagirdi Səməd Qurbanlı yüksək nəticə göstərərək Respublika birincisi olub.

Bu barədə "Azərbaycan müəllimi"nə Quba-Xaçmaz Regional Təhsil İdarəsindən məlumat verilib.

Qeyd edək ki, “Bebras” müsabiqəsi şagirdlər arasında keçirilən ən böyük beynəlxalq informatika və alqoritmik düşüncə yarışlarından biridir. Hər il dünyanın müxtəlif ölkələrindən milyonlarla şagird bu nüfuzlu müsabiqədə iştirak edərək hesablama düşüncəsi və problem həll etmə bacarıqlarını inkişaf etdirir.