Sumqayıtın bu məktəbi yenə də fərqləndi - 18 məzunu nişana layiq görüldü
Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin XI sinifləri üzrə qızıl və gümüş nişana namizəd məzunların sayı açıqlanıb.
Bu barədə "Azərbaycan müəllimi"nə Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirib ki, cari tədris ilində region üzrə ümumilikdə 42 məzun nişan namizədi olub. Onlardan 30 nəfər qızıl nişan, 12 nəfər isə gümüş nişana layiq görülüb.
Məktəblər üzrə bölgü belədir: Təbiət elmləri təmayüllü gimnaziya – 15 qızıl, 3 gümüş (18 nəfər); Sumqayıt şəhəri 23 nömrəli tam orta ümumi təhsil məktəbi – 6 qızıl, 5 gümüş (11 nəfər); Təbiət elmləri təmayüllü lisey – 2 qızıl (2 nəfər); Sumqayıt şəhəri 1 nömrəli tam orta ümumi təhsil məktəbi – 1 qızıl, 1 gümüş (2 nəfər); Sumqayıt şəhəri 35 nömrəli tam orta ümumi təhsil məktəbi – 2 qızıl (2 nəfər); Abşeron rayonu Xırdalan şəhəri 5 nömrəli tam orta ümumi təhsil məktəbi – 1 qızıl, 1 gümüş (2 nəfər); Abşeron rayonu Ceyranbatan qəsəbə 1 nömrəli tam orta ümumi təhsil məktəbi – 1 qızıl (1 nəfər); Sumqayıt şəhəri 11 nömrəli tam orta ümumi təhsil məktəbi – 1 qızıl (1 nəfər); Sumqayıt şəhəri 12 nömrəli tam orta ümumi təhsil məktəbi – 1 qızıl (1 nəfər); Abşeron rayonu Masazır qəsəbə 4 nömrəli tam orta ümumi təhsil məktəbi – 1 gümüş (1 nəfər); Abşeron rayonu Masazır qəsəbəsi 2 nömrəli tam orta ümumi təhsil məktəbi – 1 gümüş (1 nəfər).
Qeyd edək ki, qızıl və gümüş nişana layiq görülmüş məzunlar Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş nişanla təltif olunma Qaydası”na əsasən müəyyənləşdirilir.




