Sumqayıtda bu məktəb yeni modellə fəaliyyət göstərəcək: Müəllim qəbuluna başlanılır
“Tam orta məktəb” layihəsi çərçivəsində fəaliyyət göstərən Sumqayıt şəhəri 37 nömrəli tam orta ümumtəhsil məktəbi növbəti tədris ili üçün fənn müəllimlərinin qəbulunu elan edir.
Bu barədə "Azərbaycan müəllimi"nə Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, müasir və innovativ təhsil modeli əsasında fəaliyyət göstərən məktəb şagirdlərə yüksək keyfiyyətli təhsil və geniş inkişaf imkanları təqdim edir. Tədris prosesi yüksək akademik göstəricilərə malik, peşəkar pedaqoji heyət tərəfindən həyata keçirilir.
Məktəbdə aşağıdakı təmayüllər üzrə siniflər formalaşıb: Texniki təmayül (Riyaziyyat-İnformatika); Texniki təmayül (Riyaziyyat – Kimya); Humanitar təmayül (Dil – Tarix); Riyaziyyat – İqtisadiyyat təmayül, Təbiət təmayülü.
Bu təmayüllər üzrə şagirdlərin akademik nailiyyətlərinin yüksəldilməsi, onların potensialının maksimum səviyyədə inkişaf etdirilməsi və uğurlu gələcəyə hazırlanması əsas məqsədlərdəndir.
Müsahibədə iştirak üçün təhsilverənlərə qoyulan tələblər: ali təhsil, MİQ imtahan balı 80 və daha yuxarı, sertifikasiya balı 51 və daha yuxarı, peşəsinə məsuliyyətli və inkişafyönümlü yanaşma, repetitorluq fəaliyyəti təcrübəsinin olması, yüksək səviyyədə ünsiyyət bacarığı və sinfin idarə olunması bacarığı.
Qeydiyyat prosesi 1 may 2026-cı il tarixədək davam edir.
Ətraflı məlumat və qeydiyyat üçün: https://forms.gle/6wsV7i6aB1xT
-
Ruhiyyə Səfərovaİxtisas Azərbaycan dili. Hal-hazırda Bərdə şəhər Akademik Z.Əliyeva adına liseydə işləyirəm. 23 illik iş stajım var. Repetitor kimi fəaliyyət göstərirəm. 2023-cü ildə "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülmüşəm. Diaqnostikada 50, sertifikasiyada 55 bal toplamışam.1 ay əvvəlCavablaLike (0) -
Səfərova Ruhiyyəİxtisas Azərbaycan dili ədəbiyyat Sertifikasiya balım 55. Tam olaraq 23 illik stajım var.Repetitor kimi fəaliyyət göstərirəm.1 ay əvvəlCavablaLike (0) -
NərminSalam Riyaziyyat müəllimiyəm.Yeni açdığınız məktəbdə işləməkdən məmnunluq duyaram. İşimi sevən.müəllimliyi öyratməyi sevən biriyəm.2 ay əvvəlCavablaLike (0) -
ReqsaneSalam biologiya müəlliməsiyəm sertifikasiyadan 52bal toplamisam xizi məktəb isliyirəm az saatla.bu məktəbdə də işləmək istərdim2 ay əvvəlCavablaLike (0) -
Bayram Refiyevİstərdim. İbtidai sinif.2 ay əvvəlCavablaLike (0) -
Bayram Rəfiyevİbtidai sinif müəllimi. Staj var2 ay əvvəlCavablaLike (0)



