Abşeron-Xızı bölgəsinin 370 məzunu 600-dən yuxarı nəticə göstərib 

18 Avqust, 2026 - 14:17
Abşeron-Xızı bölgəsinin 370 məzunu 600-dən yuxarı nəticə göstərib 

2025–2026-cı tədris ilində Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrindən 370 məzun 600 baldan yuxarı nəticə göstərib.

Bu barədə "Azərbaycan müəllimi"nə Regional Təhsil İdarəsindən məlumat verilib.

Qeyd edilib ki, Sumqayıt şəhəri üzrə 234, Abşeron rayonu üzrə isə 136 məzun buraxılış və ali məktəblərə qəbul imtahanlarının nəticələrinə əsasən 600 baldan yuxarı nəticə əldə edib. Bu uğur regionun məzunlarının əzmi, müəllimlərin fədakar əməyi və valideynlərin dəstəyi ilə qazanılıb.