Aygün Mikayılova: Şagirdlərə pedaqoji və psixoloji baxımdan yanaşma vacibdir
“Şagirdlərlə ortaq marağınız olmasa, sinifdə nüfuz qazana bilməzsiniz. Onların dinlədiyi musiqini dinləməli, oynadıqları oyunlardan xəbərdar olmalısınız”.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu fikirləri Xankəndidə keçirilən I Qarabağ Təhsil Forumunda çıxış edən 132–134 nömrəli Təhsil Kompleksinin direktoru Aygün Mikayılova səsləndirib.
A. Mikayılova çıxışında bir sıra məqamlara da toxunub. Qeyd edib ki, auditoriyanın idarə edilməsi üçün qarşılıqlı etimad və ünsiyyətin qurulması mütləqdir. Şagirdlərə və tələbələrə pedaqoji, eyni zamanda psixoloji baxımdan yanaşma vacibdir. Müəllim onların maraqlarından xəbərdar olmalı, öz fənnini dərindən bilməlidir və onu motivasiyaedici şəkildə çatdırmalıdır.
Çıxışında daha sonra "Təhsilalanlara bərabər şəkildə davranış, onların problemlərinə anlayışlı şəkildə yanaşma hədəflənmiş uğura çatmaq üçün əla vasitədir",- deyə vurğulayıb.



