Azad edilmiş ərazilərdə 4000-ə yaxın şagird təhsil alır – Nazir müavini
İşğaldan azad olunmuş ərazilərdə 20-dən çox ümumtəhsil məktəbi fəaliyyət göstərir.
"Azərbaycan müəllimi" xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini Kənan Kərimzadə "Təhsildə yeni çağırışlar: keyfiyyətə baxış" regional konfransında çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, həmin təhsil müəssisələrində 4000-ə yaxın şagird təhsil alır: "Düşünürəm ki, bu, çox böyük imkandır. Gələcək illərdə də biz məhz dayanıqlı məskunlaşma məsələsini inkişaf etdirmək üçün yeni təhsil müəssisələrinin istifadəyə verilməsini təmin edəcəyik”.



