Azərbaycan Dillər Universiteti Özbəkistanın institutu ilə onlayn seminar keçirib
Azərbaycan Dillər Universitetinin Psixologiya kafedrasının dosent Şəlalə Babayeva, bas müəllim Lalə Sadıxova və Özbəkistan - Fin Pedagogika İnstitutunun Psixologiya kafedrasının müdiri, dosent Umidə Butayevanın birgə təşkilatçılığı ilə onlayn seminar keçirilib.
Universitetdən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, seminarda “Obsessiv – Kompulsiv pozuntunun tələbələrin idrak fəaliyyətinə təsiri” mövzusunda qarşılıqlı müzakirələr aparılıb, prezentasiyalar təqdim edilib.
Görüşdə hər iki universitetin sosial-psixoloji xidmət və psixologiya ixtisası üzrə təhsil alan birinci kurs tələbələri və müəllim-professor heyəti iştirak edib.
Seminar cari ildə Azərbaycan Dillər Universiteti ilə Özbəkistan-Fin Pedaqogika İnstitutu arasında bağlanan elmi əməkdaşlıq müqaviləsi əsasında keçirilib.


