Azərbaycan Gürcüstanla elm və təhsil üzrə əməkdaşlığı müzakirə edib
Sentyabrın 24-də elm və təhsil nazirinin müavini Həsən Həsənli ölkəmizdə səfərdə olan Gürcüstan Parlamentinin Təhsil, Elm və Gənclərlə İş üzrə Komitəsinin sədri Mariam Laşxi ilə görüşüb.
"Azərbaycan müəllimi" xəbər verir ki, görüş çərçivəsində Azərbaycan ilə Gürcüstan arasında elm və təhsil sahəsində cari əməkdaşlıq məsələləri müzakirə olunub, eləcə də gələcəkdə icrası nəzərdə tutulan təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb.




