Azərbaycan İdman Akademiyasının hüquqi statusu müəyyənləşib

10 Dekabr, 2025 - 17:51
Azərbaycan İdman Akademiyasının hüquqi statusu müəyyənləşib

Nazirlər Kabineti “Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edib, nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki Azərbaycan İdman Akademiyası büdcədən maliyyələşən qurumlar siyahısından çıxarılıb.

"Azərbaycan müəllimi" xəbər verir ki, Azərbaycan İdman Akademiyası nazirliyinin strukturuna daxil olmayan tabeliyində publik hüquqi şəxs olacaq.