“Azərbaycan müəllimi” milli müsabiqəsinin qalibləri mükafatlandırılıb

23 Avqust, 2025 - 18:09

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının dəstəyi ilə keçirilən “Azərbaycan müəllimi” milli müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, layihə çərçivəsində 13 rayon Həmkarlar İttifaqı Komitəsi və 6 universitet Tələbə Həmkarlar İttifaqı Komitəsi maarifləndirici videolarla təmsil olunub. Hazırlanan videolarda həmkarlar ittifaqının fəaliyyəti, əmək münasibətlərində həmkarların rolu, sosial dialoq və müəllimlərin hüquqlarının müdafiəsindən söz açılıb.

Bütün iştirakçı rayon və universitetlərin sədrləri layihədə göstərdikləri fəallığa görə Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən tərifnamələrlə təltif olunublar.