“Azərbaycan müəllimi” qəzetinin əməkdaşı "Fərdi jurnalist müsabiqəsi"nin qalibi olub
“Azərbaycan müəllimi” qəzetinin baş redaktorunun müavini Çingiz Səfərli Medianın İnkişafı Agentliyinin keçirdiyi "Fərdi jurnalist müsabiqəsi"nin qalibi seçilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, Ç.Səfərlinin “Niyə illərlə ingilis dili dərsi keçir, amma danışa bilmirik? – Əcnəbi müəllimlə MÜSAHİBƏ” adlı yazısı “Ən yaxşı müsahibə” nominasiyası üzrə yer tutub.
Həmin yazının linkini təqdim edirik: https://muallim.edu.az/news/niye-illerle-ingilis-dili-dersi-kecir-amma-danisa-bilmirik-ecnebi-muellimle-musahibe-6821df09993da5bc15bf79ca



