Azərbaycan Texnologiya Universiteti turizm üzrə kadr hazırlayacaq
Azərbaycan Texnologiya Universitetinin (ATU) Elmi Şurasının 25 fevral 2026-cı il tarixli qərarı ilə universitetdə Turizm fakültəsi yaradılıb. Fakültə İqtisadiyyat və idarəetmə fakültəsinin Turizm sənayesinin təşkili, Xarici dillər və Humanitar elmlər və multikulturalizm kafedralarının bazasında formalaşdırılıb.
"Azərbaycan müəllimi" xəbər verir ki, yeni fakültədə “Turizm işinin təşkili” və “Turizm bələdçiliyi” ixtisasları üzrə əyani və qiyabi təhsil formalarında bakalavr və magistr hazırlığı həyata keçiriləcək.
Turizm fakültəsində qeyd olunan iki ixtisas üzrə 680 nəfər bakalavr təhsili alacaq.
Bununla da universitetdə fakültələrin sayı 5-ə çatdırılıb.



