Azərbaycan Tibb Universiteti doktoranturaya plan yerlərinin sayını açıqlayıb 

22 May, 2026 - 12:13
Azərbaycan Tibb Universiteti doktoranturaya plan yerlərinin sayını açıqlayıb 

Azərbaycan Tibb Universiteti 2026-ci ildə doktorant qəbulu üzrə ayrılan plan yerlərinin sayını açıqlayıb.

Təhsil müəssisəsindən “Azərbaycan müəllimi”nə bildirilib ki, bu il fəlsəfə doktorluğu proqramı üzrə doktoranturaya qəbul üçün 60 yer ayrılıb. 

Qəbul “Biokimya”, “Cərrahlıq”, “Uşaq cərrahlığı”, “Pataloji anatomiya”, “İnsan v heyvanın fizialogiyası”, “Səhiyyə və onun təşkili”, “Otorinolorinqologiya”, “Şüa diaqnostikası və terapiyası”, “Stomatologiya”, “Anesteziologiya və reanimatologiya”, “Dərmanların alınma texnologiyası və əczaçılıq işinin təşkili”,  “Əczaçılıq kimyası,farmakoqnoziya”, “Mikrobiologiya”, “Molekulyar biologiya”, “Parazitologiya”, “Epidemiologiya”, “Psixiatriya”, “Mamalıq və ginekalogiya”, “Endokrinologiya”, “Kardiologiya”, “Pediatriya”, “Yoluxucu xəstəliklər”, “Sinir xəstəlikləri”, “Onkologiya”, “Patoloji fiziologiya”, “Bərpa təbabəti, idman təbabəti, müalicəvi bədən tərbiyəsi, kurortologiya və fizioterapiya” ixtisasları üzrə aparılır. Doktoranturada 7 ixtisas üzrə əyani, 53 ixtisas üzrə qiyabi təhsil nəzərdə tutulub.

Qeyd edək ki, artıq sənəd qəbulu mayın 19-dan başlayıb. Proses iyunun 9-dək davam edəcək.

Sənəd qəbulu http://www.portal.edu.az üzərindən həyata keçirilir.