Azərbaycan və Özbəkistan ali təhsil müəssisələri arasında İkinci Rektorlar Forumu işə başlayıb
Oktyabrın 16-da Xankəndi şəhərində Qarabağ Universitetinin ev sahibliyi ilə Azərbaycan–Özbəkistan ali təhsil tərəfdaşlığının inkişafına həsr olunan İkinci Rektorlar Forumu keçirilir.
"Azərbaycan müəllimi" xəbər verir ki, forum Azərbaycan ilə Özbəkistan arasında ali təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, elmi-tədqiqat və innovasiya istiqamətlərində birgə təşəbbüslərin təşviqi, eləcə də universitetlərarası əlaqələrin möhkəmləndirilməsi məqsədilə təşkil olunub.
Forumda hər iki tərəfdən ümumilikdə 30-a yaxın ali təhsil müəssisəsi təmsil olunur.




