Azərbaycana yaz fəsli daxil oldu

20 Mart, 2026 - 18:46
Azərbaycana yaz fəsli daxil oldu

Bu gün saat 18:45:53-də Azərbaycanda yaz fəsli daxil olub.

Bakı Dövlət Universitetinin Astrofizika kafedrasından "Azərbaycan müəllimi"nə verilən məlumata görə, bu vaxt gecə ilə gündüz bərabərləşib, Günəş düz şərqdə doğub və qərbdə batıb. Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsib və Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçib. Həmin andan etibarən Şimal yarımkürəsində yaz, Cənub yarımkürəsində isə payız fəsli başlayıb.

Yaz fəslinin uzunluğu 92 gün, 17 saat, 38 dəqiqə və 28 saniyə olacaq.