Azərbaycanda ən çox bu ölkələrdən tələbələr təhsil alır – Statistika

25 İyun, 2026 - 16:15
Azərbaycanda ən çox bu ölkələrdən tələbələr təhsil alır

Ali təhsil müəssisələrində bakalavr və magistr səviyyəsində təhsil alan xarici vətəndaşların sayı 2025-2026-ci tədris ilində 7716 nəfər olub. 

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə məlumat "Azərbaycan rəqəmlərdə" qısa statistik məcmuəsində əks olunub.

Bu göstərici əvvəlki tədris ili ilə müqayisədə 244 nəfər, 2023/2024-cü tədris ili ilə müqayisədə isə 1 036 nəfər çoxdur.

Xarici tələbələr arasında ən böyük payı Türkiyə vətəndaşları təşkil edir. Belə ki, hazırda Azərbaycan universitetlərində 3 494 türkiyəli tələbə təhsil alır.

Türkiyədən sonra siyahıda Rusiya (943 nəfər), Gürcüstan (872 nəfər) və İran (735 nəfər) yer alır.