Azərbaycanda iki universitetə 32,4 milyon manat xərclənib

27 May, 2025 - 10:43
Azərbaycanda iki universitetə 32,4 milyon manat xərclənib
Azərbaycanda iki universitetə 32,4 milyon manat xərclənib

Azərbaycan–Fransız Universiteti (UFAZ) və Türkiyə–Azərbaycan Universitetinin fəaliyyətinə 32,4 milyon manat xərclənib.

“Azərbaycan müəllimi” “Report”a istinadən xəbər verir ki, bununla bağlı məsələ "2024-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsində öz əksini tapıb.

Qeyd edilib ki, “Ali təhsil” köməkçi bölməsi üzrə ayrılmış 32,4 milyon manat vəsait hesabına 2 ali təhsil (Birgə Azərbaycan–Fransız Universiteti (UFAZ) və Türkiyə–Azərbaycan Universiteti) müəssisəsinin saxlanması və fəaliyyəti ilə bağlı xərclərin, yaradıcılıq profilli ali təhsil müəssisələrinə maliyyə yardımı, ali təhsil müəssisələrində təhsil qrantları, yeni məzmunlu təhsil proqramlarının tətbiqi və digər xərclərin ödənilməsi təmin edilib.