Azərbaycanda neçə sinifdə şagird sıxlığı var? – AÇIQLAMA

10 Aprel, 2026 - 15:06
Azərbaycanda neçə sinifdə şagird sıxlığı var?

Azərbaycanda şagird sıxlığı olan siniflərin sayı cəmi 11 faiz təşkil edir.

Bu barədə "Azərbaycan müəllimi"nə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 30-dan artıq şagird sayı olan siniflərin ümumi sayı 7 min 520-dir. Şagird sıxlığının daha çox müşahidə olunduğu məktəblər, əsasən, Bakı, Sumqayıt, Gəncə və digər iri şəhərlərdə, həmçinin Abşeron rayonu üzrə yeni salınmış qəsəbələrdə yerləşir.