Azərbaycanda Sİ və data mühəndisləri hazırlanacaq
"Milli Süni İntellekt Mərkəzinin təşəbbüsü ilə ötən il yaradılmış Süni İntellekt Akademiyası insan kapitalının inkişafı üçün əsas platformalardan biridir".
"Azərbaycan müəllimi" xəbər verir ki, bu fikirləri "APA-Economics"ə müsahibəsində rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov söyləyib.
Nazir müavini qeyd edib ki, hazırda Akademiyada rəqabətli seçim əsasında qəbul olunmuş tələbələr intensiv proqramlar üzrə təhsil alırlar: "Növbəti mərhələdə süni intellekt mühəndisləri, data mühəndisləri və məhsul menecerlərinin hazırlanması planlaşdırılır", – deyə o qeyd edib.



