Azərbaycanda sosial şəbəkələrə giriş üçün yaş məhdudiyyəti olacaq
Prezident İlham Əliyev Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, Sərəncama əsasən, aidiyyəti dövlət orqanları (qurumlar), elmi müəssisə və təşkilatlar, mütəxəssislər və vətəndaş cəmiyyəti institutları cəlb edilməklə, həmçinin beynəlxalq təcrübə nəzərə alınmaqla ölkə ərazisində uşaqların sosial şəbəkələrdə zərərli məzmun və təsirlərdən qorunmasını təmin edən normativ hüquqi aktların layihələri hazırlanacaq.
Hazırlanacaq sənədlər sosial şəbəkələrdə qeydiyyat zamanı yaş məhdudiyyətinin tətbiqini də əhatə edəcək.
Layihələrin üç ay müddətində hazırlanaraq Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi nəzərdə tutulur.



