Azərbaycanın ən yaşlı tələbəsi: “Universitet tələbəsi olmaq uşaqlıq arzum idi”

26 Avqust, 2026 - 11:35
Azərbaycanın ən yaşlı tələbəsi: “Universitet tələbəsi olmaq uşaqlıq arzum idi”

Azərbaycanın bu il ali məktəbə qəbul olan ən yaşlı tələbəsi 1968-ci il təvəllüdlü Elbrus Hüseynov olub.

Ali məktəbə subbakalavr kimi qəbul olan 58 yaşlı E.Hüseynov Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Kommunikasiya sistemləri mühəndisliyi” ixtisası üzrə  əyani, dövlət sifarişi əsasında təhsil alacaq.

“Azərbaycan müəllimi” bu münasibətlə E.Hüseynovla həmsöhbət olub.

Müsahibimiz bildirib ki, universitet tələbəsi olmaq uşaqlıq arzusu olub:

“Qismət bu il tələbə adını qazanmaq imiş. Daha əvvəl kolleci bitirmişəm, hazırda da mühəndis kimi fəaliyyət göstərirəm”.

Müsahibimiz tələbəliyin onun üçün çətin olmayacağını bildirib:

“Mənim üçün çətin olacağını düşünmürəm. İnsan hər şeyə qadirdir. Tələbəlik müddətimdə universitetdə könüllülük fəaliyyətləri və digər proqramlarda da iştirak etməyi düşünürəm”.