Azərbaycanın yeniyetmə badmintonçusu İndoneziyada bürünc medal qazanıb

5 Noyabr, 2024 - 09:18

Azərbaycanın yeniyetmə badmintonçusu Əli Gözəlov İndoneziyada keçirilən "BLC Open" turnirində bürünc medal qazanıb.

“Azərbaycan müəllimi” xəbər verir ki, o, oğlanların yarışında fəxri kürsünün üçüncü pilləsinə qalxıb. Şəxsi yarışda isə 1/4 finala kimi irəliləyib.

Qeyd edək ki, orta təhsilini İndoneziyada davam etdirən Əli Gözəlov bu ölkədə keçirilən təlim-məşq toplanışlarında iştirak edir