Azərbaycanlı tələbə ABŞ-də keçirilən müsabiqədə birinci oldu

26 Mart, 2025 - 12:46

Bakı Musiqi Akademiyasının III kurs tələbəsi , "Heydər Əliyev adına təqaüd"ün mükafatçısı, respublika və beynəxalq müsabiqələr laureatı  Kənan Məmmədzadə ABŞ-də keçirilən "Golden Classical Music Awards" müsabiqəsində 1-ci yerə layiq görülüb.

"Azərbaycan müəllimi" xəbər verir ki, o, müsabiqənin dünyaca məşhur Karnegie zalında keçirilən bağlanış-qala konsertində iştirak edib.

O, vətənpərvərlik prizmasından yanaşaraq solo violino üçün M.Həşimov və A.Əliyevin "Rast" improvizasiyalarını ifa edib.

Muğam-lad intonasiyası əsasında yazılan bu əsər əcnəbi musiqiçilərin və dinləyici kütləsinin marağını cəlb edib.

Kənan Məmmədzadənin müəllimi tanınmış pedaqoq, professor Hökumə Əliyeva da mükafatlandırılıb.