"Azərbaycan–Türkiyə şeir gecəsi" keçiriləcək
Türkiyədə Altunizade Kültür Mərkəzində martın 24-də "Yazarlık Akademisi Derneği" (YAZAK) tərəfindən təşkil olunan “Azərbaycan–Türkiyə şeir gecəsi” baş tutacaq.
"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirdə Azərbaycan və Türkiyə ədəbiyyatının ortaq mədəni irsi ön plana çıxarılacaq, şeirin birləşdirici gücü vurğulanacaq. Ədəbi gecənin məqsədi iki qardaş ölkə arasında mədəni bağları daha da möhkəmləndirməkdir.
Gecənin aparıcılarından biri Azərbaycanın Gəncə şəhəri M.Şəhriyar adına 40 nömrəli tam orta məktəbin müəllimi Lalə Həsəncandır.
Onun tədbirə dəvət olunması Azərbaycan ədəbiyyatının beynəlxalq səviyyədə təbliği baxımından əhəmiyyətli hesab olunur.



