AzMİU-da “Game Development və süni intellekt” adlı tədbir keçirilib
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin nəzdində fəaliyyət göstərən Süni İntellekt Klubu və “NEECRO Projects”in birgə təşkilatçılığı ilə AzMİU-nun 50 illik yubileyinə həsr olunmuş “Game Development və süni intellekt” adlı tədbir keçirilib.
Universitetdən "Azərbaycan müəllimi"nə bildirilib ki, tədbir çərçivəsində “NEECRO Projects” komandası oyun yaradıcılığı və süni intellekt mövzularında maraqlı seminarla çıxış edib, tələbələrə faydalı və aktual məlumatlar çatdırıblar.
Proqramın gedişində interaktiv sual-cavab sessiyası təşkil olunub və aktivliyi ilə seçilən 5 tələbə sertifikatla mükafatlandırılıb.
Qeyd edək ki, sözügedən tədbirin keçirilməsində əsas məqsəd tələbələrin bilik-bacarıqlarının inkişafı və oyun yaradılması sahəsinə maraqlarının artırılmasıdır.


