AzMİU-da tələbələr keramika sənətinin incəliklərini öyrəniblər
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Gənclər Təşkilatı (TGT), “CreArt” Mədəniyyət Klubları və onun tərkibində fəaliyyət göstərən Gənc Rəssamlar Dərnəyinin təşkilatçılığı ilə maraqlı və yaradıcılıq dolu keramika master-klası təşkil olunub.
Universitetdən “Azərbaycan müəllimi”nə bildirlib ki, master-klas zamanı iştirakçılar keramika sənətinin incəlikləri ilə tanış olublar, gil materialı ilə işləməyin əsas texnikalarını öyrəniblər və öz unikal əl işlərini yaratmaq fürsəti əldə ediblər. İştirakçılara keramika sənətinin tarixi və onun dövrümüzə qədərki inkişafı haqqında maraqlı məlumatlar verilib.
Master-klas incəsənətə marağı olan tələbələrə bu sənətlə bağlı yeni biliklər qazandırmaqla yanaşı, onların əyləncəli vaxt keçirməsi baxımından unudulmaz bir təcrübəyə çevrilib.


