AzMİU tələbələri üçün “Gələcəyin karyerası İT-dir” adlı seminar keçirilib

13 Noyabr, 2025 - 10:57

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Mexanika və informatika texnologiyaları (MİT) fakültəsi üzrə Tələbə Gənclər Təşkilatı (TGT) və TGT nəzdində fəaliyyət göstərən "İT Club"ın birgə təşkilatçılığı, həmçinin İT Brains Akademiyasının dəstəyi ilə “Gələcəyin karyerası İT-dir” adlı seminar təşkil olunub.

"Azərbaycan müəllimi" xəbər verir ki, seminarın əsas məqsədi tələbələrə informasiya texnologiyaları sahəsində mövcud trendlər, gələcək karyera imkanları və inkişaf perspektivləri barədə ətraflı məlumat vermək olub.

Tədbir interaktiv, sual-cavab formatında təşkil olunub. Tələbələr İT sahəsinə dair onları maraqlandıran sualları səsləndirib, mütəxəssislər isə ətraflı cavablandırıblar.