AzMİU və TTKF arasında görüş keçirilib

25 Noyabr, 2025 - 15:41
AzMİU və TTKF arasında görüş keçirilib
AzMİU və TTKF arasında görüş keçirilib
AzMİU və TTKF arasında görüş keçirilib
AzMİU və TTKF arasında görüş keçirilib
AzMİU və TTKF arasında görüş keçirilib
AzMİU və TTKF arasında görüş keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) tələbələrin Təhsil Tələbə Krediti Fondunun nümayəndələri ilə görüşü keçirilib.

AzMİU-dan "Azərbaycan müəllimi"nə bildirilib ki, universitetin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyev çıxış edərək görüşün əsas məqsədinin Təhsil Tələbə Kredit Fondu və AzMiU arasında daha sıx əməkdaşlıq imkanlarını nəzərdən keçirmək, tələbələr arasında məlumatlandırmanı artırmaq və təhsil kreditləri ilə bağlı suallara cavab vermək olduğunu bildirib.

Təhsil Tələbə Kredit Fondunun İdarə Heyətinin sədr müavini Rüfət Tağızadə isə fondun əhalinin aztəminatlı təbəqələrindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, təhsil almaqda bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirmək məqsədilə Prezident İlham Əliyevin 2021-ci il 17 iyun tarixli fərmanı əsasında yaradıldığını qeyd edib. O, fondun fəaliyyət prinsipləri, təhsil kreditlərinin verilməsi qaydaları və tələbələr üçün mövcud imkanlar barədə ətraflı məlumat verib.

Fondun Təhsil müəssisələri ilə iş şöbəsinin böyük mütəxəssisi İlkanə Həmidli isə tələbələr üçün təşkil edilən proqramlar, müraciət şərtləri və təhsil kreditlərinin verilmə prosesi haqqında ətraflı məlumat verib, iştirakçıların suallarını cavablandırıb.

Görüşün sonunda tələbələr fondun imkanları ilə tanış olub, təhsil krediti almaq üçün müraciət prosesini öyrənib və gələcəkdə təhsil kreditindən istifadə imkanlarını nəzərdən keçiriblər.