AzTU-da AZSET – AZCON Mühəndislik və Texnologiya Məktəbinin “Açıq qapı” günü keçirilib

6 İyul, 2026 - 16:02
AzTU-da AZSET – AZCON Mühəndislik və Texnologiya Məktəbinin “Açıq qapı” günü keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) AZSET – AZCON Mühəndislik və Texnologiya Məktəbinin fəaliyyətinə həsr olunan “Açıq qapı” günü keçirilib.

"Azərbaycan müəllimi" xəbər verir ki, tədbirdə Azərbaycanın müxtəlif ali təhsil müəssisələrinin tələbələri iştirak edib.

Tələbələri salamlayan AzTU-nun rektoru Vilayət Vəliyev AZSET – AZCON Mühəndislik və Texnologiya Məktəbinin yaradılması və fəaliyyət istiqaməti barədə ətraflı məlumat verib.

Bildirib ki, AzTU-nun nəzdində təsis edilmiş AZSET Münhen Texniki Universitetinin (TUM) beynəlxalq akademik tərəfdaşlıq platforması olan “TUM International” təşkilatının dəstəyi əsasında fəaliyyət göstərəcək. Tədris prosesi “TUMint”in akademik yanaşması, kurikulumu, tədris metodologiyası və qiymətləndirmə standartları əsasında hazırlıq görmüş müəllimlər tərəfindən həyata keçiriləcək. Yüksək nəticə göstərən tələbələrin “TUM”un Münhen kampusuna tədris səfərləri nəzərdə tutulur. Proqramı uğurla başa vuran məzunlar AzTU-nun dövlət nümunəli bakalavr diplomu ilə yanaşı, “TUM International GmbH” sertifikatını əldə edəcəklər.

Tədbirdə onlayn formatda qoşulan “TUM International” şirkətinin nümayəndəsi Aline Laucke bildirib ki, beynəlxalq səviyyəli mütəxəssislərin hazırlanmasını hədəfləyən məktəbdə tədris tamamilə ingilis dilində aparılacaq. O, AZSET-də ilkin olaraq kompüter elmləri ixtisası üzrə tədris aparılacağını deyib və bu istiqamətdə beynəlxalq təcrübəni slaydlar vasitəsilə təqdim edib.

"AZCON Holding"in İnsan kapitalının inkişafı və biznes tərəfdaşlıq şöbəsinin müdiri Tamerlan Ələkbərli tələbələrin AZSET-də yüksək akademik nəticələri ilə fərqlənən məzunlar üçün AZCON Holding ekosistemində fəaliyyət göstərən şirkətlərdə yaradılacaq karyera imkanlarından danışıb.

AZSET-in nümayəndəsi Lətifə Nəsibova qəbul prosedurları barədə geniş təqdimatla çıxış edib. Bildirib ki, AZSET proqramı Azərbaycanın ali təhsil müəssisələrinin müvafiq təhsil, təbiət, texniki və texnoloji ixtisaslar üzrə birinci kursunu başa vurmuş tələbələr üçün nəzərdə tutulub. Proqrama müraciət etmək istəyən namizədlərin birinci kursun hər iki semestri üzrə uğurlu nəticə göstərən tələbələr, eyni zamanda ingilis dili üzrə ən azı B2 və daha yuxarı səviyyəyə malik olmaları tələb edilir. Qəbul üçün daxili imtahana qeydiyyatı cari ilin 15 iyul tarixinə kimi aparılacaq. Uğur qazanan tələbələr təhsillərini ikinci kursdan bu proqramda davam etdirə biləcəklər.

Sonda tələbələrin sualları cavablandırılıb.